İngiltərə çempionu görün hansı klubda oynayacaq
Hücumçu Stevan Yovetiç karyerasını Kiprdə davam etdirəcək.
Aut.az xəbər verir ki, monteneqrolu futbolçu “Omoniya” ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı forvardla müqavilə 2 illikdir.
Yovetiçin son klubu hücumçunun ötən mövsüm Konfrans Liqasının qalibi olduğu “Olimpiakos” olub. Stevan karyerası ərzində “Partizan”, “Fiorentina”, “İnter”, “Sevilya”, “Monako”, “Herta” və “Mançester Siti”də çıxış edib. Hücumçu Mançester təmsilçisi ilə Premyer Liqa çempionu olub.
Aut.az
