Amorim ilk məşqdən sonra məyus oldu: Nədən narazıdır?
İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim yeni klubunda fəaliyyətə başlayıb.
Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk məşqdən sonra əsas komandanın oyunçularından məyus olub. Amorim futbolçuların fiziki hazırlığından və meydanda intensivliyin olmamasından narazılıq edib.
Baş məşqçi beynəlxalq fasilə ilə əlaqədar bütün oyunçularını görə bilməyib – bəzi futbolçular milli komandaların düşərgəsində olub.
“Mançester Yunayted” İngiltərə çempionatında 15 xalla 13-cü yerdədir. Amorimin komandası növbəti oyununu noyabrın 24-də səfərdə “İpsviç”ə qarşı keçirəcək.
Aut.az
