İngiltərə

MY rəhbərliyi peşman olub: Ulduz futbolçunu geri qaytarırlar

“Mançester Yunayted” “Fiorentina”nın qapıçısı David De Xea ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Onların məlumatına görə, “Yunayted” rəhbərliyi De Xea ilə yolları ayrmağın səhv addım olduğunu etiraf edib. 34 yaşlı qapıçı da “qırmızı şeytanlar”ın sıralarına qayıtmaq istəyir.

Xatırladaq ki, 2023-cü ilin yayında “Mançester Yunayted” De Xeaya yeni müqavilə təklif etməyib və ispaniyalı azad agent kimi klubdan ayrılıb. Bir il ərzində yeni klub tapa bilməyən ispaniyalı yalnız ötən ilin avqustunda “Fiorentina”ya keçib.

De Xeanın Florensiya klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.

Aut.az