Evlənmək üçün getmişdi, indi İsraildən çıxa bilmir
“Tottenhem”in vingeri Manor Solomon hazırda İsraildən Londona qayıda bilmir.
Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Ötən həftə Solomon doğma ölkəsinə uzun müddətdir münasibətdə olduğu xanımla evlənmək üçün gedib. Lakin hazırda o, İsraildə ilişib qalıb və nə vaxt qayıda biləcəyini bilmir. Çünki iyun 13-dən etibarən İranla yaşanan gərginlik səbəbilə ölkənin hava məkanı mülki aviasiya üçün bağlanıb.
Futbolçuya yaxın mənbə bildirib ki, Solomon yalnız hava məkanı açıldıqdan sonra ölkəni tərk edə biləcək.
“Tottenhem”in nümayəndəsi isə klubun futbolçu ilə daim əlaqə saxladığını qeyd edib.
Xatırladaq ki, Solomon ötən mövsümü icarə əsasında “Lids”də keçirib və komandanın Premyer Liqaya yüksəlməsində əsas rollardan birini oynayıb. O, mövsüm ərzində 10 qol vurub, 12 məhsuldar ötürmə verib.
Aut.az
