Premyer Liqa klubu Ardanı istəyir
“Real”ın yarımmüdafiəçisi Adra Gülər karyerasını “Aston Villa”da davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Birmingem klubu uzun müddətdir ki, türkiyəli futbolçu ilə maraqlanır. İngiltərə təmsilçisi yay transfer pəncərəsində onun transferini nəzərdən keçirə bilər.
Ardanın xidmətində “Liverpul” da maraqlıdır. Lakin mersisaydlıların daha təcrübəli futbolçuya üstünlük verəcəyi ifadə edilir.
Gülər bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 32 matçda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.
Aut.az
