Haaland məşhur obrazda bəzənib insanları qorxutmağa çalışdı – VİDEO
“Mənçester Siti”nin hücumçusu Erlinq Haaland “Hellouin” bayramını fərqli şəkildə qeyd edib.
Aut.az xəbər verir ki, o, “DC Comics”-in məşhur canisi “Coker” obrazında geyinib. Futbolçu bu görüntüləri öz “YouTube” kanalında paylaşıb.
Haaland saçlarını yaşıl rəngə boyayıb, üzünü rəngləyib və bənövşəyi kostyum geyinərək tam obrazı yaradıb.
Videoda əvvəlcə o, həyat yoldaşı İzabelləni qorxutmağa çalışır, lakin qadın gülməyə başlayır. Daha sonra norveçli hücumçu “Coker” libasında ictimai yerlərə çıxaraq insanlarla ünsiyyət qurur.
Aut.az
