İngiltərəİspaniya

İngiltərə nəhəngi onun istəyir: Razılaşsa, maaşı 3 dəfə artacaq

“Mançester Yunayted” “Atletiko Madrid”in futbolçusu Antuan Qrizmannı hədəfə alıb.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mankunianlar Qrizmannın hazırkı maaşını 3 dəfə artırmağa hazır olduğu iddia edilir. 32 yaşlı futbolçunun özü isə bu yaxınlarda “Atletiko” ilə müqaviləsini uzatmaq istədiyini bildirib.

Qeyd edək ki, 2023/24 mövsümündə Qrizmann Madrid klubunun heyətində 16 oyun keçirib, 12 qol vurub və 1 məhsuldar ötürmə edib.