Digər

Adını Ginnesin rekordlar kitabına yazdı – VİDEO

“Ford Ranger Raptor” pikapını idarə edən kaskadyor Pol Svift ən dar məkanda iki təkər üzərində sürmək üzrə yeni Ginnesin rekordlar kitabına düşüb.

Aut.az xəbər verir ki, Svift 88 santimetr məsafədə quraşdırılmış dirəklər arasında iki təkər üzərində nəhəng yolsuzluq avtomobilini sürməyi bacarıb.

“Ən çətini avtomobili sabit vəziyyətdə saxlamaq idi. Hər şeyin xeyrimizə olduğu üçün şadam. Ümid edirəm ki, bu, başqalarını öz super bacarıqlarını nümayiş etdirməyə ruhlandıracaq”, – deyə Pol Ginnesin Rekordlar Kitabının rəsmi saytına açıqlamasında deyib.

Qeyd edək ki, Svift bundan əvvəl daha bir rekorda imza atıb – o, ardıcıl beş fəndlə ən sürətli çıxış edib. Proqrama iki təkərdə sürmək (ən azı 50 metr), 180 dərəcə tərs dönmək, rampadan tullanmaq, paralel parkinq və ardıcıl beş “donut” daxildir.