Fatih Təkkə “Neftçi”yə uduzan “Zenit”lə bağlı zəmanət verdi
Sankt-Peterburq “Zenit”inin sabiq hücumçusu Fatih Təkkə 2023/2024 mövsümü üçün proqnoz verib.
Aut.az xəbər verir ki, Təkkə noyabrın 18-də Bakıda keçirilən yoldaşlıq qarşılaşmasında “Neftçi”yə məğlub olan “Zenit”in bu mövsüm də Rusiya çempionu olacağına əminliyini bildirib.
“Əminəm ki, “Zenit” bu mövsüm yenidən çempion olacaq. Zəmanət verirəm ki, yekunda turnir cədvəlində “Krasnodar”ı keçəcək və yenə birinci olacaq. “Zenit” Rusiyanın ən yaxşı komandasıdır, o, RPL-dəki bütün rəqiblərdən güclüdür”, – “RB Sport” Təkkədən sitat gətirib.
Hazırda “Zenit” 15 oyunda 30 xal toplayaraq ikinci yerdədir. Rusiya Premyer Liqasına “Krasnodar” başçılıq edir. Vladimir İviçin komandası eyni sayda görüşdən sonra 32 xala malikdir.
Xatırladaq ki, Fatih Təkkə 2006-2010-cu illərdə “Zenit”də çıxış edib.
Aut.az
