Noyerlə münasibəti necədir? – Ballakın iddiasına belə cavab verdi
Almaniya millisinin və “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yığmanın digər qapıçısı Manuel Noyerlə münasibətindən danışıb.
“10 ildən artıqdır ki, milli komandada birgə oynayırıq, münasibətlərimiz böyük qarşılıqlı hörmətlə səciyyələnir. Ünsiyyətimiz və dəstəyimiz həmişə yüksək səviyyədə olub. Bir-birimizlə heç vaxt problemimiz olmayıb, sadəcə olaraq sağlam və peşəkar rəqabət.
Ballak deyib ki, zədəsi sağaldıqdan sonra Noyer yenidən Almaniyada şəksiz bir nömrə olacaq? Almaniyadan kənarda yaşamağın yaxşı tərəfi odur ki, hər şeyi eşitmirsən (gülür). Hər kəs öz fikrini ifadə etməkdə azaddır. Məni maraqlandıran tək şey əla formada olmaq və yaxşı çıxış etməkdir. Bu, özümü ifadə etmək istədiyim yeganə yoldur”, – deyə Ter Ştegen “Mundo Deportivo”ya istinadən xəbər verir.
Aut.az
