Ponomaryov Olimpiadadakı qələbəyə görə nə qədər mükafat alıb?
SSRİ, MDB və Rusiya yığmalarının keçmiş həkimi Zurab Orconikidze SSRİ yığmasının 1988-ci il Olimpiadasında qalib gəldiyinə görə necə mükafatlandırıldığından danışıb.
“Gündəlik müavinət gündə 3,50 dollar idi. Və o da dərhal deyil, hissə-hissə – hər mərhələdən sonra verilirdi. Pul ilkin olaraq üçüncü yer üçün nəzərdə tutulmuşdu: bonus maksimum 5000 dollar idi. Heç kim nəinki birinci, hətta ikinci yeri tutacağımıza da inanmırdı.
Nəticədə mən rəsmi olaraq 475 dollara haqq qazandım. Amma uşaqlar bonusu bölməyi təklif etdilər və 4600 dollar aldım”, – Orconikidze “Çempionat”ın müxbiri Oleq Lısenko ilə söhbətində deyib.
Oktyabrın 1-də SSRİ futbol komandasının Olimpiadada qazandığı ikinci və sonuncu qələbənin 35 illiyi tamam olur. 1988-ci il Oyunlarının finalında sovet futbolçuları Braziliyaya 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, həmin yığmanın heyətində “Neftçi”niun sabiq futbolçusu İqor Ponomaryov da olub.
Aut.az
