Əfsanənin həyat yoldaşını Milanda qarət etmək istədilər
Gimnastika üzrə yeddiqat Olimpiya çempionu, əfsanəvi Simon Baylzın əri, NFL oyunçusu Conatan Ouens, Qış Olimpiya Oyunlarının keçirildiyi Milanda az qala soyğunçuluğun qurbanı olacaqmışlar.
Aut.az xəbər verir ki, bu barədə “Çikaqo Bearz”ın oyunçusu sosial mediada yazıb. O bildirib ki, naməlum şəxs küçənin ortasında əlindəki alış-veriş çantasını qoparmağa çalışıb:
“Milanda kimsə çantamı əlimdən almağa çalışdı. Vərdişimdən onu qoluma dolamışdım, ona görə də götürə bilmədi və dərhal qaçdı… amma yenə də dəlilikdir”.
İdmançının sözlərinə görə, oğru çantanın qoluna dolandığını təxmin edə bilməyib. NFL ulduzu həmçinin zarafatla hücumçunun əllərinin ayaqlarından daha sürətli hərəkət etdiyini və qurbanın dərhal dönəcəyini gözləmədiyini də bildirib.
Aut.az

