Həbibdən əmisi oğluna cavab: Mənim səviyyəmdə deyilsən
UFC əfsanəsi Həbib Nurməhəmmədov əmisi oğlu, yüngül çəkidə Bellator çempionu Usman Nurməhəmmədovun çağırışına cavab verib.
Aut.az xəbər verir ki, bundan əvvəl Usman sosial şəbəkələrdə Həbibi məğlub edəcəyi ilə hədələdiyi video yayıb.
“Bu uşaqlar mənim səviyyəmdə deyil”, – deyə Həbib istehza ilə cavab verib.
Usman Nurməhəmmədov MMA-da 18 döyüş keçirib və 18 qələbə qazanıb. Həbib Nurməhəmmədov qarışıq döyüş növləri üzrə keçirdiyi 29 döyüşdə 29 qələbə qazanıb.
Aut.az
