Digər

Əfsanə Haalanddan nümunə götürdü: Şahmata yatırım edəcək

Xizəkçi Yohannes Klebo “Norway Chess” və “Total Chess World Championship Tour” layihələrinin yeni tərəfdaşı olub.

Aut.az xəbər verir ki, 11 qat Olimpiya çempionu həmyerlisi, məşhur futbolçu Erlinq Haalandın nümunəsindən ilhamlanıb.

Klebo şahmatın və onun yeni formatlarının inkişafına 10 milyon dollar sərmayə qoyacaq investorlar qrupuna qoşulub.

“Norway Chess” turnirində eyni anda üç formatda – sürətləndirilmiş klassik şahmat, blits və rapiddə mütləq şahmat çempionları müəyyən ediləcək.

Debüt turniri 10-24 noyabr tarixlərində keçiriləcək.

Aut.az