İngiltərə

“Tottenhem” onun transferini açıqladı

“Tottenhem” klubu “Lans”ın müdafiəçisi Kevin Dansonu icarəyə götürüb.

Aut.az xəbər verir ki, bu barədə “Mahmızlar”ən mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2025-ci ilin yayına qədər qüvvədədir. Mətbuatda yayılan xəbərlərə görə, İngiltərə klubunun futbolçunu 25 milyon avroya almaq hüququ olacaq. Qeyd olunur ki, Danso keçidi uğurla başa çatdırmaq üçün İngiltərədə iş icazəsi almalıdır.

2024/25 mövsümündə 26 yaşlı müdafiəçi “Lans”ın heyətində bütün yarışlarda 14 oyun keçirib.

Aut.az