Debütü “qara” gəldi: Sıradan çıxdı
PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri Fransa millisinin düşərgəsini tərk edəcək.
Aut.az xəbər verir ki, 17 yaşlı futbolçu millidə debüt oyununda zədələnib. Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Cəbəllütariqlə görüşdə Zaire-Emeri 16-cı dəqiqədə qol vurub və bir neçə dəqiqə sonra zədə səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb.
“L’Équipe”in məlumatına görə, gənc yarımmüdafiəçiyə sağ ayağının topuq bağlarının sınığı olmayan ciddi burxulmı diaqnozu qoyulub. Onun ilin sonunadək meydanlardan uzaq qalacağı bildirilir.
Aut.az
