Avropa Çempionatı

QALMAQAL: Avro 2024-də seks-şop reklam olunur?

Avropa Çempionatının reklam kompaniyasında qalmaqal yaşanıb.

Aut.az xəbər verir ki. bu, Çin avtomobil istehsalçısı BYD ilə bağlıdır. Şirkətdə Avro-2024 -də öz elektrik avtomobilləri üçün reklam təqdim etmək qərarına gəlib. Bunun üçün Avropa çempionatında çox sayda reklam slotları alınıb.

Bununla belə, qəribə hadisə baş verib. BYD-nin Almaniyaya məxsus domen zonasında veb-saytı yoxdur. Onların yalnız beynəlxalq “.com” domenində qeydiyyatdan keçən saytları var.

Almaniyada isə şirkətin adına uyğun sayt var. Bu, seks-şopa məxsusdur. Avroda reklam verdikdən sonra internetdə BYD avtomobillərini tapmağa qərar verən alman azarkeşlərin qarşısına məhz bu sayt gəlib.

Vəziyyət o qədər qəlizləşib ki, seks-şop hətta domen zonası ilə səhv edən hər kəs üçün məlumat buraxmalı və onları avtomobil satan vebsayta yönləndirməli olub.

Aut.az