Avropa Çempionatıİspaniya

Arzusu ürəyində qaldı: Avro-2024-ü buraxacaq

“Betis”in futbolçuu İsko sıradan çıxıb.

Aut.az xəbər verir ki, onun sol fibulasında sınıq yaranıb. Klubun saytının verdiyi məlumata görə, futbolçunun cərrahi müdaxiləyə ehtiyacı olub-olmadığına həkimlər qərar verəcəklər.

Zədəsi səbəbindən onun 2024-cü il Avropa çempionatında iştirak etməyəcəyi böyük ehtimal dəqiqləşib. Yarımmüdafiəçi 2019-cu ildən İspaniya millisinə çağırılmasa da, baş məşqçinin Luis de la Fuentenin Almaniya səfəri üçün onu komandaya cəlb edəcəyi istisna edilmirdi. Hətta futbolçu belə arzusunun olduğunu açıqlamışdı.

Bu mövsüm 32 yaşlı İsko “Betis”in heyətində 36 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aut.az