Türkiyə millisi Niderlanda qarşı onlarsız oynayacaq
Türkiyə millisi Avro-2024-ün 1/4 final mərhələsi çərçivçəsində keçiriləcək Niderland ilə oyuna itkilərlə çıxacaq.
Aut.az xəbər verir ki, yarımmüdafiəçilər Orkun Kökcü və İsmayıl Yüksek cəzalı duruma düşüb. Hər iki oyunçu ötən gecə 1/8 finalıb Avstriya ilə matçında sarı vərəqə alıb. Bu, onların turnirdəki ikinci “sarı”sı olduğundan qarşıdakı matçı buraxmalı olacaqlar.
Qeyd edək ki, iyulun 6-da keçiriləcək Niderland – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az
