Dünya futbolu

Gürcüstan prezidenti millinin üzvlərini “Şərəf”ləndirdi

Gürcüstan prezidenti Salome Zurabişvili milli komandanın oyunçularını, komandanın məşqçilər korpusunu və futbol federasiyasının nümayəndələrini Avropa çempionatının 1/8 final mərhələsinə yüksəldiklərinə görə “Şərəf” ordeni ilə təltif edib.

Aut.az xəbər verir ki, mükafatlandırma mərasimi Azadlıq meydanında quraşdırılmış səhnədə baş tutub. Milli komandanın futbolçuları meydana gedərkən açıq avtobusda olublar və onları minlərlə azarkeş salamlayıb.

Gürcüstan tarixində ilk dəfə olaraq Avropa çempionatının final mərhələsinə yüksəlib.

Komanda 1/8 finalda İspaniyaya 1:4 hesabı ilə uduzub.

Aut.az