Levandovskinin yeni klubu bəlli oldu
Polşalı hücumçu Robert Levandovski Amerikanın MLS klubu “Çikaqo Fayr”a keçməyə razılıq verib.
Aut.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabritsio Romano verib.
Məlumata görə, 37 yaşlı hücumçu bu qərarı iki həftə əvvəl İllinoys ştatının Çikaqo şəhərinə səfər etdikdən sonra verib. Müqavilə gələn həftə imzalanacaq.
Qeyd etmək lazımdır ki, hücumçu 2025/26 mövsümündə “Barselona”da 46 oyun keçirib, 19 qol vurub və 2 məhsuldar ötürmə edib. Levandovskinin “Barsa”ilə müqaviləsi 30 iyuna qədərdir və bundan sonra o, klubdan azad agent kimi ayrılacaq.
Aut.az
