Braziliya şikayət edəcək: Belə şey görməmişdik
Braziliya millisinin icraçı direktoru Rodriqo Kaetano bildirib ki, DÇ-2026-nın seçmə mərhələsində Boliviyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra Braziliya Futbol Konfederasiyası KONMEBOL-a şikayət edəcək.
Aut.az xəbər verir ki, “RMC Sport” Kaetanodan sitat gətirib:
“Biz heç vaxt belə bir şey görməmişik. Açığı, biz düzgün olanı edəcəyik, yəni KONMEBOL-a şikayət edib etiraz edəcəyik. Amma bunun konkret effekt verməyəcəyini bilirik. Penaltidən sonra matç başa çatdı. Bunun belə olacağına özümüzü hazırlamışdıq.
Boliviyanın özünəməxsus keyfiyyətləri var, lakin biz öz futbolumuzu inkişaf etdirməliyik. Sadəcə baxın, onlar burada neçə xal toplayıblar və səfərdə nə qədər xal toplayıblar. Deyə bilərsiniz ki, burada Boliviyada bu, futbol deyil, başqa idman növüdür”.
Aut.az
