Dünya cempionatı

DÇ-nin ən yaxşı futbolçusu kim olacaq? – Bukmekerlər əmsalları yenilədi

Bukmeykerlər 2026-cı il Dünya Kubokunun ən yaxşı oyunçusu üçün əmsalları yeniləyiblər.

Aut.az xəbər verir ki, Dünya Kubokunda Argentinanın beş qolunun hamısını vuran Lionel Messi mükafata əsas namizəd olub. Dörd qol vuran Fransa millisinin hücumçusu Kilian Mbappe isə ikinci yerdədir.

İlk üçlüyü iki oyunda üç məhsuldar ötürmə ilə Fransa yığmasının hücumçusu Maykl Olise tamamlayır. Sonrakı yerləri Norveçli Erlinq Haaland və İngiltərəli Harri Keyn tutur.

Bukmeykerlərə görə 2026-cı il Dünya Kubokunun ən yaxşı oyunçusu:

  1. Lionel Messi (Argentina) – 5.00
  2. Kilian Mbappe (Fransa) – 5.50
  3. Maykl Olise (Fransa) – 6.00
  4. Erlinq Haaland (Norveç) – 7.00
  5. Harri Keyn (İngiltərə) – 9.00
  6. Lamin Yamal (İspaniya) – 11.00
  7. Vinisius Junior (Braziliya) – 15.00

Qalanı – 25.00-dan

Aut.az