Tramp DÇ-2026-nın heç bir oyununu izləməyəcək?
ABŞ prezidenti Donald Trampın 19 iyulda keçirilməsi planlaşdırılan final oyununa qədər 2026-cı il Dünya Kuboku oyunlarının heç birini izləməyəcəyi ehtimal olunur.
Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, prezidentin finaldan əvvəl turnirdə iştirakı yalnız ABŞ komandasının yarımfinala yüksəlməsi halında mümkündür. Dünya Kuboku hazırda siyasətçinin gündəliyində deyil, o, 4 iyulda ABŞ-da Müstəqillik Gününü qeyd etməklə məşğul olacaq. Lakin Tramp, çox güman ki, mükafatlandırma mərasimində iştirak edəcək və kuboku finalda qalib komandanın kapitanına təqdim edəcək.
Aut.az
