Bu ölkə Belarusla oynamaqdan imtina etdi: UEFA cəzalandırdı
Litvanın qadınlardan ibarət milli komandası Avro-2025-in seçmə mərhələsində Belarus yığması ilə oynamaqdan imtina edib.
Aut.az xəbər verir ki, Litva millisi Belarus, Kipr və Gürcüstanla bir qrupa düşəndən sonra Litva Futbol Federasiyasının rəhbəri Belarus yığması ilə oynamaqdan imtina etmək niyyətində olduqlarını açıqlamışdı.
Litva Futbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, UEFA Belarus millisi ilə mayın 31-də və iyunun 4-də keçirilməsi nəzərdə tutulan oyunları rəsmən ləğv edib. Hər iki qarşılaşmada Litva millisinə 0:3 hesablı texniki məğlubiyyət veriləcək, federasiya isə 5000 avro cərimə ödəyəcək.
“Bizə qarşı gözlənilən sanksiyalar tətbiq olundu. Əsas odur ki, komandamız üçün Avropa çempionatına vəsiqə yolu bağlanmayıb. Digər oyunları qazansaq, qrupda ikinci yerə iddialı olaraq finala yüksələ biləcəyik.
Bu halda sanksiya və pul cərimələri əsas problem deyil”, – federasiyanın açıqlamasında deyilir.
Aut.az
