Ərəblərlə anlaşır: Bu kluba gedir
“Milan” və “Napoli”nin sabiq baş məşqçisi Cennaro Qattuzo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Aut.az xəbər verir ki, “RMC Sport”un məlumatına görə, 46 yaşlı mütəxəssis Burayda şəhərinin “Əl-Taavon” klubu ilə anlaşmağa yaxındır.
Qattuzonun son iş yeri 2024-cü ilin fevralında tərk etdiyi “Marsel” olub.
Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümündə Perikles Çamouskinin rəhbərlik etdiyi “Əl-Taavon” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Aut.az
