Dünya futbolu

Sadıqovun komandası qayıtdı

“Ximki” Rusiya Premyer Liqasına vəsiqəni erkən təmin edib.

Aut.az xəbər verir ki, azərbaycanlı iş adamı Tufan Sadıqovun komandası aşağı liqaya düşəndən bir il sonra yenidən yüksək diviziona qayıdıb.

Melbet Birinci Liqanın 33-cü turunun “Kuban”la matçı başlamazdan əvvəl “Ximki”nin 60 xalı var idi. Üçüncü pillədə qərarlaşan “Akron” “Arsenal Tula”ya uduzaraq (0:1) 56 xala malik “Ximki”yə çatmaq üçün riyazi şansını itirib.

Buna baxmayaraq “Ximki” “Kuban”la oyundan qələbə ilə ayrılıb – 1:0

Rusiyanın elit divizionun yüksələn ikinci komanda Maxaçkala “Dinamo”su olub.

Aut.az