Boks

Usiki boksdan uzaqlaşdırdılar – Nə baş verir?

Britaniya Boks İdarə Heyəti (BBBoC)  ağır çəkidə mütləq dünya çempionu Aleksandr Usiki (22-0, 14 KO) boksdan uzaqlaşdırıb.

Aut.az xəbər verir ki, bu məlumat tanınmış “BoxRec” portalında yer alıb.

Onların məlumatına görə, Usikin boks lisenziyası bu il iyulun 2-dək dayandırılıb. Bu qərarın səbəbləri açıqlanmır, lakin çox güman ki, bu, Usikin mayın 19-da Tayson Fyuri ilə qalibiyyət döyüşündə aldığı zədələrə görə ehtiyat tədbiridir.

Bu, standart prosedurdur, Usikin lisenziyası zədələri sağaldıqdan və tibbi müayinədən uğurla keçdikdən dərhal sonra bərpa olunacaq.

Xatırladaq ki, Fyuri ilə müqavilənin şərtlərinə görə, Usik bu ilin oktyabrında britaniyalı ilə revanş oyunu keçirməlidir.

Aut.az