Boks

Fyuri döyüşü ləğv etdi: Rəqibinin hədələrinə görə

Ağır çəkidə dünya çempionu Tayson Fyurinin kiçik qardaşı Tommi Fyuri keçmiş UFC döyüşçüsü Darren Tilllə boks döyüşünün ləğv olunduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, 8 raunddan ibarət reytinq döyüşü 2025-ci il yanvarın 18-də Mançesterdə keçirilməli idi. Fyuri bildirib ki, döyüşün ləğv edilməsinə səbəb Tillin son açıqlamaları olub. Darrenin uduzacağı halda, rəqibinin başına təpiklə vuracağını deməsi Tomminin xoşuna gəlməyib:

“Bunu yazdığıma inana bilmirəm, amma Darrenlə döyüşməyəcəyəm. Bir sadə səbəbə görə: Darren dəfələrlə bildirib ki, o, peşəkar boks qaydalarına riayət etmək istəmir və döyüşdə məğlub olarsa, təpiklərə və digər axmaq MMA üsullarına əl atacaq.

Mən peşəkar boksçuyam, 1 ildən artıqdır ki, rinqə çıxmıram və bunun azarkeşlər üçün əla boks matçı olmasını istəyirdim. Təlim-məşq toplanışında həftələr keçirdim. Yeni rəqib tapmaq və görüşmək üçün çox çalışırıq. Sizə ən yaxşı rəqibi və ən yaxşı döyüşü tapacağıma söz verirəm”.

Aut.az