Pol Tayson əlavə 5 milyon ödəyəcək: Verdiyi sözə görə
Videobloger Ceyk Pol əfsanəvi boksçu Mayk Taysona əlavə ödəniş edəcək.
Aut.az xəbər verir ki, buna səbəb aralarında baş tutan görüşdən əvvəl 27 yaşlı Ceykin 58 yaşlı boksçuya verdiyi vəd olub. Şoumen Taysona döyüş 4 raunddan çox davam edəcəyi təqdirdə ona5 milyon dollar ödəyəcəyini bildirib. ABŞ mətbuatı Ceykin sözünə əməl edəcəyini bildirib.
Qeyd edək ki, döyüş 2 dəqiqəlik 8 raund formatında baş tutub. Yekunda hakimlər qalibi xallara görə müəyyənləşdiriblər. Ceyk Pol göstəricilərdə Maykl Taysonu qabaqlaya bilib – 80-72, 79-73, 79-73
Xatırladaq ki, döyüşün özü üçün Tayson 20 milyon dollar, Pol isə 40 milyon dollar qonarar alıb.
Aut.az
