Ərəblər iki ildir çap olunmayan boks jurnalını bu qiymətə aldılar
Səudiyyə rəsmisi Turki əl-Şeyx “The Ring” jurnalının 10 milyon dollara alıb.
Aut.az xəbər verir ki, əvvəllər “Boksun İncili” adlanan jurnal Oskar De La Hoyaya məxsus idi, lakin nəşr tənəzzüllə üzləşdi və iki il çap olunmurdu.
Əl-Şeyx jurnalın tezliklə çapa qayıdacağını və boks dünyasındakı hadisələri işıqlandırmaqda müstəqilliyini qoruyacağını açıqlayıb.
“The Ring” jurnalının ilk nömrəsi 1922-ci ilin fevralında işıq üzü görüb. Məşhurluğuna görə jurnal boksçulara çempionluq kəmərlərindən birini verir, həmçinin bütün çəki dərəcələrinin ən yaxşı nümayəndələrinin reytinqini müəyyənləşdirir.
Aut.az
