Əl-Şeyx Usikdən aldığı bu hədiyyə ilə öyündü – FOTO
Mayın 18-də axşam Ər-Riyadda (Səudiyyə Ərəbistanı) böyük boks şousu baş tutub.
Aut.az xəbər verir ki, ukraynalı boksçu Aleksandr Usik britaniyalı Tayson Fyurini xal hesabı ilə məğlub edib.
Bu meqadöyüşü təşkil edən Səudiyyə Əyləncə Baş İdarəsinin sədri Turki Əl-Şeyx sosial şəbəkələrdə döyüşdən sonra Aleksandr Usikdən aldığı hədiyyəni təqdim edib.
Turki Əl-Şeyx Usikdən imzalı əlcəklər və Tayson Fyuri ilə döyüşə getdiyi formanı alıb.
“Bu gözəl hədiyyələrə görə Aleksandr Usikə təşəkkür edirəm. Siz böyük qələbəyə layiqsiniz. Mən bu tarixi hədiyyələri nəvələrim üçün saxlayacağam və onlara bu döyüşün tarixindən danışacağam”, – Əl-Şeyx yazıb.

Aut.az
