Türkiyəİtaliya

“Fənərbağça” “Milan”la danışıqlara başladı

“Milan”ın yarımmüdafiəçisi Rade Kruniç qış transfer pəncərəsində komandanı tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Fabrizio Romano məlumat verib.

Mənbənin məlumatına görə, “Fənərbağça” təmsilçiləri 30 yaşlı yarımmüdafiəçi üçün İtaliya klubuna 4 milyon avro təklif ediblər. Tərəflər arasında razılıq əldə olunmasa da, transferin baş tutma ehtimalı yüksəkdir. Bosniyalı “Milan”ın planlarına daxil deyil və komandadan getməkdə israrlıdır.

Kruniç 4 ildir “Milan”ın üzvüdür. Bu mövsüm yarımmüdafiəçi “rossonerilər”in heyətində bütün turnirlərdə 14 oyun keçirib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir.