Dünya futbolu

Ronaldonu təyyarədə belə yedizdirdilər – Video

Sosial şəbəkələrdə futbolçu Kriştiano Ronaldo haqqında maraqlı video yayılıb.

Aut.az xəbər verir ki, videonu “Əl-Nəsr”in 37 yaşlı hücumçusunun yeni meneceri Rikardo Rekuf paylaşıb. Videoda menecerin təyyarədə uçuş zamanı yatan portuqaliyalı futbolçunun ağzına yemək qoyduğu görünür. Ronaldo isə yeməyi çeynəməyə başlayır.

Qeyd edək ki, Rikardo Rekuf Ronaldonun “Əl-Nəsr”ə transferində iştirak edib. Portuqaliyalı superulduz meneceri Jorje Mendeşlə yollarını ayırdıqdan sonra onunla əməkdaşlığa başlayıb.