DÇ-2026: Çexiya Xorvatiyaya qarşı
Bu gün 2026-cı ildə keçiriləcək dünya çempionatnın Avropa zonası üzrə seçmə mərhələsində növbəti görüşlər keçiriləcək.
Aut.az xəbər verir ki, ilk oyun günündə dörd qrupda qarşılaşmalar baş tutacaq.
L qrupunda Çexiya və Xorvatiya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. G qrupunda Niderland səfərdə Malta ilə üz-üzə gələcək. H qrupunda maksimum nəticəyə imza atan Avstriya doğma meydanda San Marino ilə qarşılaşacaq.
DÇ-2026, Avropa zonası
9 oktyabr
C qrupu
22:45 Belarus – Danimarka
22:45 Şotlandiya – Yunanıstan
Xal durumu: Şotlandiya 4, Danimarka 4, Yunanıstan 3, Belarus 0.
G qrupu
20:00 Litva – Finlandiya
22:45 Malta – Niderland
Xal durumu: Niderland 10, Polşa 10, Finlandiya 7, Litva 3, Malta 2.
H qrupu
22:45 Avstriya – San Marino
22:45 Kipr – Bosniya və Herseqovina
Xal durumu: Bosniya və Herseqovina 12, Avstriya 12, Rumıniya 7, Kipr 3, San Marino 0.
L qrupu
22:45 Çexiya – Xorvatiya
22:45 Farer adaları – Monteneqro
Xal durumu: Xorvatiya 12, Çexiya 12, Farer adaları 6, Monteneqro 6, Cəbəllütariq 0.
