Messi oğurluqda ittiham edildi – Duelə çağırıldı
Amerikalı bloger Loqan Paul Lionel Messini boks qaydalarına uyğun döyüşməyə çağırıb.
Aut.az xəbər verir ki, o, “İnter Mayami”nin futbolçusunu enerji içkilərinin dizaynını oğurlamaqda ittiham edib:
“Messi bizi təqib etməkdə və işimizi kopyalamaqda ittiham olunur. Hər şeyi izah edim. Qardaş, ağlımıza gələn hər şeyi oğurladın. Diqqət etməmək mümkün deyil.
O zaman qanunla problem yaşayacağıq, çünki içkilərimiz eyni görünür. Məhkəməyə gedəcəyik. Bu, müəllif hüquqlarının pozulmasıdır. Amma biz münaqişəmizi rinqdə həll edə bilərik.
Əgər kimisə məğlub edə bilmirsənsə, özünü necə ən yaxşı adlandıra bilərsən? Loqan Paul və Lionel Messi, 2025. Necədir, xoşunuza gəlir? Rinqdə görüşənədək, qardaş”, – bloger yazıb.
Aut.az
