Dünya futbolu

Anri getdi

Tyerri Anri Fransanın gənclərdən ibarət yığmasının baş məşqçi postunu tərk edib.

Aut.az xəbər verir ki, Anri bu qərarı şəxsi səbəblərdən verdiyini bildirib.

Anrinin rəhbərliyi altında 21 yaşadək futbolçulardan ibarət milli komanda 2024-cü ildə Parisdə keçirilən ev Olimpiadasında gümüş medal qazanıb.

“Bu medal mənim həyatımın əsas nailiyyətlərindən biri olaraq qalacaq. Bu sehrli təcrübə üçün federasiyaya, oyunçulara və azarkeşlərə minnətdaram”, – Fransa millisinin mətbuat xidməti Anridən sitat gətirib.

Aut.az