Messidən şad xəbər
“İnter Mayami”nin hücumçusu Lionel Messi meydanlara qayıtmağa hazırlaşır.
Aut.az xəbər verir ki, zədəsini sağaldan superulduzun adı MLS-in adi mövsümünün “Kolorado Rapids”lə aprelin 7-də baş tutacaq oyun üçün heyətə daxil edilib.
Argentinalı futbolçu sonuncu dəfə MLS-də martın 3-də “Orlando” ilə oyunda meydana çıxıb. Bundan sonra 36 yaşlı futbolçu əzələlərində problem olduğu üçün 4 matçı buraxıb. Bu mövsüm Messi MLS-də 3 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
