Dünya futbolu

Mourinyo və “Benfika”nın qartalı – FOTO

Portuqaliyada Joze Mourinyonun təsvir olunduğu divar rəsmləri peyda olub.

Aut.az xəbər verir ki, Lissabonun Rio de Mouro məhəlləsində təxminən 7 metr uzunluğunda və 4,5 metr hündürlüyündə divar rəsmləri peyda olub. Mourinyo ilə yanaşı, divar rəsmində “Benfika”nın simvolu olan qartal, komandanın ev stadionu “Eştadiu da Luş”un silueti və klubun şüarı “E pluribus unum” (latınca “Çoxdan -bir”) əks olunub.

Əsər Styler təxəllüsü ilə tanınan portuqaliyalı rəssam Joao Kavalyero  tərəfindən çəkilib.

O deyir ki, məşqçinin portretini çəkmək ideyası ona bir neçə il əvvəl gəlib.

“Bu halda, bu, sifarişli iş deyildi. İndi onun “Benfika”ya qayıtmasını nəzərə alsaq, bunu etmək üçün gözəl bir fürsət yarandı. Mən bunu “Benfika” üçün etdim, çünki bu, vacib məqamdır, amma sənətim klub sadiqliyini üstələyir. Məni rəqabət yox, sənət idarə edir”, – Kavalyero bildirib.

Mourinyo, daha əvvəl 2000-ci ilin sentyabrından dekabr ayına qədər Lissabon klubunda çalışıb.

Aut.az

Mourinyo və “Benfika”nın qartalı - FOTO