Maldini Messi və Ronaldo arasında seçim etdi: Başa düşdük ki…
“Milan”ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Paolo Maldini onel Messi və Kriştiano Ronaldo arasında seçim edib.
“Mən Messini və Ronaldonu çox yaxşı tanıyıram. Ronaldo əla oyunçu və güclü şəxsiyyətdir, amma mən Messiyə üstünlük verirəm.
Messinin “İnter”ə keçə biləcəyini oxuyanda (2020) qəzəbləndim. On gün onu “Milan”a gətirməyə çalışdım, amma sonra bunun mümkün olmadığını başa düşdük. İnanıram ki, onun kimi futbolçu hamı üçün şoudur. Bu adam həmişə təəccübləndirən işlər görməyə qadirdir”, – “Barca Universal” Maldinidən sitat gətirib.
Aut.az
