Dünya futbolu

Həbs cəzası alan futbolçu bu addımı atdı

Sosial şəbəkələrdə irqi ədavəti qızışdırdığı üçün 8 aylıq şərti həbs cəzası alan “Nisa”nın futbolçusu Yussuf Atal hökmdən apellyasiya şikayəti verib.

Aut.az xəbər verir ki, Bu barədə RMC Sport xəbər verir.

Yanvarın əvvəlində Atalın irqi ədavəti qızışdırmaq ittihamı ilə 8 aylıq həbs cəzası aldığı məlum olmuşdu. Futbolçuya 45 min avro cərimə də kəsilib. 14 oktyabr 2023-cü ildə Atal “yəhudilər üçün qara gün” çağırışı edən bir video yayımlayıb. Daha sonra onu silib və üzrxahlıq edib. Buna baxmayaraq, “Nitsa” onu əvvəlcdə məşqlərdən, daha sonra isə klubdan uzaqlaşdırıb.

Bundan əlavə, Yusif Fransa Peşəkar Futbol Liqasının İntizam Komissiyasından 7 oyunluq cəza alıb. Noyabrda futbolçu polis tərəfindən həbs edilib.