Əfsanəyə ölkəsində vəzifə verildi
Çexiya Futbol Federasiyası “Yuventus”un sabiq futbolçusu Pavel Nedvedin Çexiya milli komandalarının baş meneceri təyin olunduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, o, əsas yığma və U-21 komandalarına cavabdeh olacaq.
Pavel Nedved futbolçu karyerasını 2009-cu ildə başa vurub. 2016–2022-ci illərdə “Yuventus” klubunda vitse-prezident vəzifəsində çalışıb. Futbolçu kimi 2001–2009-cu illərdə Turin təmsilçisinin formasını geyinib və bu müddətdə dörd dəfə İtaliya çempionu olub, iki dəfə isə superkuboku qazanıb.
Aut.az
