Anri bu komandanı çalışdıra bilər: Klopp da dəstək verir
Tyerri Anri Bundesliqa komandas “Leyptsiq”in baş məşqçisi ola bilər.
Aut.az xəbər verir ki, “Le Journal du Dimanche”nin məlumatına görə, “RB Leyptsiq” 47 yaşlı mütəxəssisi dəvət etməkdə çox maraqlıdır. Klub hücum və cəlbedici futbol oynatmağı bacaran, gənc istedadlara güvənən və “Red Bull” sistemi ilə əlaqəsi olan məşqçi axtarır. Anri 2010-2014-cü illərdə “New York Red Bulls”da çıxış edib.
Qeyd olunur ki, fransalı “Red Bull”un rəhbəri Oliver Mintzlaffla əla münasibətdədir. “Red Bull”un futbol rəhbəri Yurgen Kloppun Anrinin təyinatını dəstəklədiyi deyilir.
Tərəflər yaxın günlərdə görüş keçirməyi planlaşdırır. Tyerrinin alman dilini bilməməsi “Red Bull” bossları üçün maneə sayılmır.
“Leypsiq” həmçinin Oliver Qlasner (“Kristal Pelas”) və Françeska Fabreqası (Komo) da nəzərdən keçirir.
“Leypsiq”in keçmiş baş məşqçisi Marko Rouz martın sonunda istefaya göndərilib. Komandaya müvəqqəti olaraq Zsolt Lev rəhbərlik edir. Anrinin son iş yeri 2024-cü il Olimpiadasında ikinci yeri tutduğu Fransa Olimpiya komandası olub.
Aut.az
