Dünya futbolu

Modriç mənim qürurumdur, onu “Real”a mən gətirmişəm – Mourinyo

“Real Madrid”in keçmiş baş məşqçisi Joze Mourinyo Madrid komandasının futbolçusu Luka Modriç haqqında fikirlərini bölüşüb .

Aut.az xəbər verir ki, bu barədə “Xtra” “X” sosial şəbəkəsində Mourinyodan sitat gətirib.

“Modriç futbolun gözəlliyini təmsil edir. O, mənim qürurumdur, çünki heç kim onun necə futbolçu ola biləcəyinə inanmadığı halda onu “Real”a gətirən mən olmuşam”, – Mourinyo deyib.

Xatırladaq ki, Luka Modriç 2012-ci ildən “Real Madrid”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 530 matçda iştirak edib, 39 qol vurub və 85 məhsuldar ötürmə edib.

Aut.az