Ən yaxşı gənc oyunçu mükafatına 10 namizəd
Fransanın “France Football” nəşri U-21 yaş kateqoriyasında dünyanın ən yaxşı futbolçusuna verilən “Trophee Kopa” mükafatına 10 namizədin siyahısını açıqlayıb.
Namizədlər siyahısına bu futbolçular daxildir: Rasmus Hoylund (Man. Yunayted), Alexandro Balde (Barselona), Pedri (Balde), Eduardo Kamavinqa (Real Madrid), Xavi Simons (RB Leypzig), Camal Musiala (Bayern Münhen), Cud Bellinqem (Real Madrid), Antonio Silva (Benfika), Qavi (Barselona), Elie Vai (Lns).
Mükafatın qalibi 30 oktyabr 2023-cü ildə müəyyən ediləcək.
Keçən ilin qalibi ispaniyalı Qavi olub.
