Rəhbərliyi ittiham etdi: Danışıqlara tez başlasaydılar…
“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan bildirib ki, İngiltərə klubu müqavilənin uzadılması ilə bağlı danışıqlara daha əvvəl başlasaydı, “Mançester Siti”də qala bilərdi.
“Söhbət müqavilənin bir-iki il uzadılmasından getmirdi. Müqavilənin müddəti müzakirə mövzusu deyildi. Sadəcə “Siti” aktiv danışıqlara başlamaq üçün uzun müddət gözlədi. Bir az başlasaydılar, hər şey başqa cür olardı.
Beləliklə, sonda hər şey mükəmməl bitdi – bundan yaxşı vaxt ola bilməzdi. Üstəlik, “Barselona”da oynamaq mənim uşaqlıq arzum idi.
Bundan sonra nə olacağını bilmirdim, heç nə planlaşdırmaq imkanım yox idi. Pepməni həmişə qiymətləndirib, lakin klub tərəfindən uzun müddət heç bir addım atılmadı”, – Gündoğan “Bild”ə müsahibəsində deyib.
Aut.az
