Məşhur futbolçunun oğlu “Ayaks”da – FOTO
Amsterdam “Ayaks” Niderland millisinin sabiq yarımmüdafiəçisi Rafael van der Vartın oğlu – Damianla müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, müqavilə 30 iyun 2024-cü ilə qədər, bir mövsümlük nəzərdə tutulub. Bu, 17 yaşlı yeniyetmənin ilk peşəkar müqaviləsidir.
“28 may 2006-cı il təvəllüdlü Van der Vart 2020-ci ildən Danimarkanın “Esberq” klubunun gənclər akademiyasına qoşulub. Amsterdamda Damian U18 komandasına qoşulacaq”, – “Ayaks”ın mətbuat xidməti bildirib.
Xatırladaq ki, Rafael van der Vart 2000-2005-ci illərdə “Ayaks”ın rənglərini qoruyub, bu müddət ərzində əsas komandada ümumilikdə 156 oyun keçirib və 61 qol vurub. O, peşəkar karyerasını “Esberq”də başa vurub, burada iki ilə yaxın köməkçi məşqçi kimi çalışıb.
Danimarkalılarla müqavilə 2023-cü ilin yanvarında ləğv edilib.

