Dünya futbolu

FİFA və UEFA güzəşt etməyəcək: Rusiyaya pis xəbər

İdman hüquqşünası Mixail Prokopets maraqlı açıqlama verib:

Aut.az xəbər verir ki, onun sözlərinə görə, FİFA və UEFA uzun müddətdir beynəlxalq yarışlardan kənarlaşdırılan Rusiya ilə bağlı güzəştə getməyə hazır deyil.

“Təəssüf ki, bu proseslərdən sonra anladıq ki, nə FİFA, nə də UEFA heç bir güzəştə hazır deyil. Mahiyyət etibarı ilə klublarımız onların günahı olmayan bir şeyə görə cəzalandırılır. Avrokuboklardan və dünya çempionatından kənarlaşdırmanın formal forması təhlükəsizlikdir. Elə orada yazılıb.

Amma biz deməyə başlayanda ki, Türkiyə və ya Qazaxıstanda matçları tamaşaçısız keçirək, bu ölkələrin sənədlərini təqdim etdik, orada onlar qəbul etməyə razı olduqlarını bildirmişdilər.

Cavabında deyirlər ki, biz bunun hələ də çox təhlükəli olduğunu düşünürük. Baxmayaraq ki, klublarda, milli komandalarda insident olmayıb. Ukraynalı fəallar nə BƏƏ-də, nə də Türkiyədə baş tutan toplantılarda bunu etməyiblər. Ona görə də anlayırıq ki, bizə təhlükəsizliyimizə görə cəzalandırıldığımızı deyəndə, səbəb bu deyildi. Səbəb klubların günahı olmayan əməliyyatdır”.

Aut.az