“Roma” rəsmən ona tapşırıldı
Daniele De Rossi “Roma”nın yeni baş məşqçisi təyin olunub.
Aut.az xəbər verir ki, “canavarlar”ın əfsanəsi 2024-cü il iyunun 30-na kimi müqavilə imzalayıb. Bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
40 yaşlı çalışdırıcı Joze Mourinyonun qovulmasından sonra bu postu tutub. “Roma” İtaliyanın rəhbərliyi altında ilk oyununu yanvarın 20-də A Seriyasının 21-ci turu çərçivəsində evdə “Verona”ya qarşı keçirəcək.
De Rossi “Roma”nın yetirməsidir. Burada il ərzində 616 matç keçirib və 18 63 qol vurub.
O, məşqçi kimi 2022-ci ilin oktyabrından 2023-cü ilin fevralına kimi SPAL-ı çalışdırıb. Bundan əvvəl Daniele İtaliya millisində Roberto Mançininin məşqçilər korpusunda yer alıb.
