43 yaşlı klub prezidenti vəfat etdi
Almaniya futbolu gözlənilməz xəbərlə sarsılıb.
Aut.az xəbər verir ki, “Herta”nın prezidenti Kau Bernşteyn 43 yaşında qəflətən vəfat edib. Bu barədə Berlin təmsilçisi rəsmi məlumat yayıb və ailəsinə başsağlığı verib.
Xatırladaq ki, Bernşteyn 2022-ci ilin iyulundan “Herta”nın prezidenti vəzifəsini icra edir. Bundan əvvəl alman mütəxəssis “Herta”nın ən böyük fan-klubunu “Berlin Harlequins 98”i yaradanlardan biri olub. Uzun illər Berlin Olimpiya Stadionunda “Şərq stendində” liderlik edib.
Bu mövsüm “Herta” ikinci Bundesliqada çıxış edir. 17 turdan sonra paytaxt klubu 25 xal toplayıb və yeddinci yerdədir.
